Livan BVF-dən 10 milyard dollar kredit istədi

Livan BVF-dən 10 milyard dollar kredit istədi

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın Baş Naziri Həsən Diyabın müşaviri Corc Çaloub Beynəlxalq Valyuta Fondu ilə bağlı açıqlama verib.

O açıqlamasında bildirib ki, Livan hökuməti Beynəlxalq Valyuta Fondu ilə görüş keçirib.

"Görüşdə 10 milyard dollarlıq kredit müzakirəsi apardıq. Onlara bildirdik ki, əgər kredit veriləcəksə, koronavirus pandemiyası zamanı ölkəyə dəyən iqtisadi zərbənin qarşısı da alına bilinəcək", - deyə Corc Çaloub diqqətə çatdırıb.
Qeyd edək ki, Corc Çaloub Beynəlxalq Valyuta Fondunun kreditin verilib-verilməməsi ilə bağlı jurnalistlərə fikirlərini ifadə etməyib.

Mənbə: AlAlam

Mənbə: eastnews.org