Azərbaycan bu ilin I rübündə 692 ton turşu idxal edib

Azərbaycan bu ilin I rübündə 692 ton turşu idxal edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 673,96 min ABŞ dolları dəyərində 692,37 ton sirkə və ya sirkə turşusu əlavə etməklə konservləşdirilmiş tərəvəz və meyvələr idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35,2%, miqdar baxımından isə 45,3% çoxdur. İdxal olunmuş sirkələnmiş və konservləşdirilmiş tərəvəz və meyvələrin 196,35 min dollar dəyərində olan 231,34 tonluq hissəsi xiyar və kornişonların payına düşüb.

Ölkəyə ən çox turşu Türkiyədən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 426,46 min dollar dəyərində 494,85 ton sirkə və ya sirkə turşusu əlavə etməklə konservləşdirilmiş meyvə-tərəvəz idxal edib.

Mənbə: apa.az