Qlobal polad tələbatı bu il 6,4% azalacaq

Qlobal polad tələbatı bu il 6,4% azalacaq

Dünya Polad Assosiasiyasının yenilənmiş proqnozuna əsasən, bu il COVID-19 pandemiyasının sənaye və tikinti fəaliyyətinə mənfi təsiri nəticəsində polada qlobal tələbat 6,4% azalacaq, lakin artıq gələn il tələbatın bərpa olunacağı gözlənilir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, dünyada koronavirus pandemiyası səbəbindən bir sıra sənaye müəssisələri, avtomobil istehsalçıları karantinə bağlandı və bu da polada olan tələbatı azaldıb.

Dünya Polad Assosiasiyasının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birlikdə hazırladığı ən yaxşı iqtisadi ssenariyə əsasən, 2021-ci ildə polada tələbat 3,8% artaraq 1,72 mlrd. tonadək artacağı proqnozlaşdırılır.

Mənbə: apa.az