Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı

Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı

2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etdiyi rəyini müvafiq qaydada Azərbaycan Respublilkası Milli Məclisinə təqdim edib.

Modern.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyini təqdim edib.

Eyni zamanda, Azərbaycan Respublikasın Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinə dair rəyi üzrə xülasə də hazırlanıb. Xülasə dövlət vəsaitlərinin istifadəsinə nəzarətin genişləndirilməsi, şəffaflığın və hesabatlığın yüksəldilməsi, həmçinin bu sahədə ölkəmizin reytinq cədvəllərində yerinin möhkəmləndirilməsi məqsədi ilə tərtib edilib.

Bu yanaşma beynəlxalq təcrübədə geniş tətbiq edilir və Beynəlxalq Büdcə Tərəfdaşlığı çərçivəsində Açıq Büdcə İndeksi ilə bağlı hesabatın hazırlanması zamanı kənar dövlət maliyyə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır.

Hesablama Palatasının sədri V. Gülməmmədovun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışı və dövlət büdcəsinin icrası ilə bağlı rəy əsasında tərtib edilən xülasə saytın müvafiq bölmələrində yerləşdirilib.

Mənbə: m.modern.az