“Azərbaycan intellektual məhsul ixrac edən ölkəyə çevrilib"

“Azərbaycan intellektual məhsul ixrac edən ölkəyə çevrilib"

“Təsadüfi deyil ki, Azərbaycanın bu intellektual məhsulu beynəlxalq səviyyəli brendə çevrilərək, dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”

"Azərbaycan artıq intellektual məhsul ixrac edən ölkəyə çevrilib".

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva deyib.

Deputat bildirib ki, "ASAN" Xidmət mərkəzlərinin coğrafiyasının genişlənməsi ölkəmizin innovasiya sahəsində uğurlarının davamlılığını göstərir:

"Təsadüfi deyil ki, “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verib. Cənab Prezidentin də vurğuladığı kimi, bu innovasiyaları məhz gənclər təqdim edir. Bu, o deməkdir ki, Azərbaycan gənci yüksək intellektə malikdir. Elə "ASAN" xidmət mərkəzlərində işçi personalı da gənclərdən ibarətdir".

Parlament üzvü qeyd esib ki, bu mərkəzlərin coğrafiyasının genişlənməsi ilə sosial xidmətlərin əlçatanlığı, eyni zamanda xidmətdə şəffaflıq tam təmin olunub:

"Korrupsiya və rüşvətxorluq sıfıra endirilib. Bir mərkəzdə ən yüksək səviyyədə 320 xidmətin göstərilməsi Azərbaycanın innovativ texnologiyalardan istifadə imkanlarının genişliyini göstərir.

“ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində ciddi uğurlara səbəb olub.

Təsadüfi deyil ki, Azərbaycanın bu intellektual məhsulu beynəlxalq səviyyəli brendə çevrilərək, dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu təcrübəyə böyük maraq var. “ASAN" Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb.

Cənab Prezidentin də söylədiyi kimi, bu, bir də onu göstərir ki, harada güclü iradə, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq".

Mənbə: sherg.az