2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub

2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub

“2019-cu ildə qanunvericiliklə daxili və xarici borclanma üzrə müəyyənləşdirilmiş yuxarı hədlərə riayət edilib. Eyni zamanda, son illərdə olduğu kimi, hesabat ilində də məcmu dövlət borcunun əsas hissəsini xarici borc təşkil edib”.

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri V. Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışında qeyd edib.

Hesablama Palatasının sədri vurğulayıb ki, dövlət borcunun ÜDM-ə və dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsinin xərclərinə nisbət göstəriciləri “Azərbaycan Respublikasında Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da müəyyənləşdirilmiş hədlər çərçivəsində olub.

Eyni zamanda, V. Gülməmmədov Hesablama Palatası tərəfindən müxtəlif metodoloji yanaşmalar üzrə aparılmış təhlil əsasında ölkəmizin dövlət borcu üzrə dayanıqlılıq göstəricilərinin kifayət qədər qənaətbəxş səviyyədə olduğunu qeyd edib.

Mənbə: modern.az