Liviya telekanalına danışdı: Əmr gözləyirik - Haftar küncə sıxışdı

Liviya telekanalına danışdı: Əmr gözləyirik - Haftar küncə sıxışdı

Liviya Neft Təsisatlarının Mühafizəsi Təşkilatının səlahiyyətlisi Əli əz-Zib neft quyularını Xəlifə Haftar qüvvələrindən təmizləmək üçün əmr gözlədiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Əz-Zib Liviya telekanalına müsahibəsində son günlər Fəyaz Sərracın rəhbərlik etdiyi Liviya Milli Razılıq Hökumətinin qiyamçı general Haftar üzərində sarsıdıcı zərbələr endirməsi fonunda yaxın zamanda Şərara və əl-Fil neft quyularının yenidən açılacağını söyləyib.

O, uzun müddət qapalı olan neft yataqlarının açılacağı tarix barədə məlumat verməyib.

Qeyd edək ki, bu ilin əvvəlindən bəri hasilatın dayandırıldığı Şerara neft yatağında hər gün 300 min barel xam neft hasil edilirdi.

Mənbə: teleqraf.com