“Amazon” şirkətinin rəhbəri aksiyalara dəstək verdi

“Amazon” şirkətinin rəhbəri aksiyalara dəstək verdi

“Amazon” şirkətinin rəhbəri Cef Bezos da ABŞ-dakı aksiyalara dəstək verdi. “Amazon” şirkətinin yaradıcı Cef Bezos da Amerikadakı etirazları dəstəkləyib.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Cef Bezos, “Black Lives Matter”(Qaradərililərin həyatı qiymətlidir) şüarının ayrı-seçkiliyə səbəb olduğunu ifadə edən bir işçisinə cavab olaraq “Mən sizinlə razı deyiləm və etirazları dəstəkləyirəm"- yazıb.

“Polisin ölümcül davranışına qarşı başlayan etiraz hərəkatını dəstəklədiyimi bildirirəm. Mövqeyim heç zaman dəyişməyəcək”-deyə Cef Bezos qeyd edib.

Qeyd edək ki, “Amazon”nun “Twitter” hesabından iqrçiliyə qarşı mübarizə aparan sosial təşkilatlara 10 milyon dollar bağışlanacağı da bildirilib.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info