Yük maşınlarının Bakıdan çıxışına qadağa qoyuldu - AÇIQLAMA

Yük maşınlarının Bakıdan çıxışına qadağa qoyuldu -     AÇIQLAMA

İki günlük sərt karantin dövründə yük daşımalarına icazə verilməsinə baxmayaraq kənd təsərrüfatı istehsalçılarının məhsulları yüklənmiş TIRlar Bakı şəhərindən buraxılmır.

Rusiyaya daşınmalı olan malların yalnız 1-ci gün səhər saat 6-dan sonra şəhərdən buraxılacağı gözlənilir. Hazırda yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təssərüfatı məhsulları daşınır. Göründüyü kimi yüklənmiş malların xarab olma riski də yüksəkdir. Digər tərəfdən soyducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da əlavə xərclərə gətirib çıxarıraq iş adamlarına maddi ziyan vurur. Bütün bunlar ixracatçılar arasında ciddi narazılıq yaradıb.

Əlavə olaraq 1-ci gün səhərdən başlayaraq eyni vaxtıda sərhəddə istiqamət götürən TIRların gömrük keçid məntəqələrində növbələrlə üzləşəcək. Belə ki, son bir həftə ərzində gün ərzində sərhəddən cəmi 20-25 maşının keçidinə icazə verilir. Bu isə malların vaxtında satıcılara çatdırılmasını çətinləşdirir.

Rəsmi statistik məlumatlara görə, 2020-ci ilin yanvar-mart ayları ötən ilin eyni dövrünə nisbətən qeyri-neft ixracı müqayisəli qiymətlərlə 4,8 faiz azalıb. Bunun başlıca səbəblərindən biri Rusiyada iri bazarların pandemiya ilə əlaqədar olaraq uzun müddət bağlı qalması olsa da hazırda da yük daşınmalarında yaradılan süni çətinlik onsuz da zəif olan qeyri neft-ixracatını daha da azaldacaq.

Qubad İbadoğlu

İqtisadçı

Mənbə: pravda.az