Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Gürcüstana ən çox turist 1,81 milyon nəfər olmaqla Azərbaycandan səfər edib.

“Report”un yerli bürosu Gürcüstanın İctimai televiziyasına istinadla xəbər verir ki, bu barədə ötənilki dövlət büdcəsinin icrası haqqında sənəddə qeyd olunub.

2018-ci ildə qonşu ölkəyə səfər edən azərbaycanlı turistlərin sayı illik müqayisədə 6,6% artıb.

Sənəddə qeyd olunub ki, ötən il Gürcüstana, ümumilikdə 8 mln. 326 min nəfər səfər edib. Bu, 2017-ci ilin eyni göstəricisindən 10,2% çoxdur.

Azərbaycandan sonra Gürcüstana ən çox səfər edən turistlər Ermənistan (1,73 mln. nəfər), Rusiya (1,71 mln. nəfər), Türkiyə (1,31 mln. nəfər), Avropa İttifaqı ölkələrindən (0,43 mln. nəfər) olublar.

Sənədə əsasən, Gürcüstanın ötən il turizmdən əldə etdiyi gəlir 3 mlrd. 222 mln. dollar təşkil edib. İllik müqayisədə gəlirdə 518 mln. dollar və ya 19,1% artım qeydə alınıb.

Gürcüstanın 2018-ci il üçün dövlət büdcəsinin icrası haqqında sənəd mayın 27-də parlamentin büro iclasında təqdim olunacaq.

Mənbə: report.az