Azərbaycanda siqaret yenidən bahalaşacaq - YENİ QİYMƏT

Azərbaycanda gələn aydan siqaret və tütün məmulatlarının qiyməti 15 faizə yaxın artacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, “MediaPost”un məlumatına görə, artıq bir həftəyə yaxındır şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb.

Mağaza sahiblərinə gələn ayın 1-dən sonra ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığını da ediblər.

“LD”, “Sobranie”, “Kent” və digər markalı siqaretlərin qiymətində 40 qəpiyə qədər artım gözlənilir.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya ilə bağlı kritik qərar verildi: 2021-ci ilin yanvarın sonunadək...

SONRAKI XƏBƏR

Ərdoğana xoş xəbər – Kürəkəni açıqladı