Mikayıl Cabbarov: Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir

Mikayıl Cabbarov: Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir

Bakı. Samir Əli - Trend:

Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür:

"2019-cu il yanvarın birindən əmək müqavilələri ilə bağlı da islahatlar aparıldı. 2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyunda bu rəqəm 751 min 705 olub. Bu da o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb".

Mənbə: az.trend.az