AMB-nin valyuta ehtiyatları 8% artıb

AMB-nin valyuta ehtiyatları 8% artıb

Bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 436,3 mln. ABŞ dolları təşkil edib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ayla müqayisədə 21,9 mln. dollar və ya 0,3%, illik müqayisədə isə 496,9 mln. dollar və ya 8,4% çoxdur.

Mənbə: apa.az