Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı 4% artıb - CƏDVƏL

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı 4% artıb - CƏDVƏL

Azərbaycanın milli domen zonasında (".az") 35 472 internet resursu qeydə alınıb.

"APA-Economics"in WHOIS portalına istinadən verdiyi məlumata görə, bu ilin əvvəlindən ".az" domenində qeydiyyatdan keçən saytların sayı 4,1% artıb. Qeydə alınan saytların 33 109-u birinci səviyyəli domen zonasına aiddir ki, bu göstərici üzrə yanvar-iyun ayları ərzində 3,1% artım müşahidə olunub.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə cari ilin birinci yarısında qeydiyyatdan keçən saytların sayı 1,3% artaraq 1 338 ədəd təşkil edib.

Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 466 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlinin göstəricindən 1,5% çoxdur.

Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

 

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçən saytlar

org.az

159

co.az

129

info.az

107

net.az

79

int.az

28

pp.az

23

biz.az

21

name.az

12

pro.az

1

Mənbə: apa.az