Pandemiya dalğasında TÜKƏNƏN İMKANLAR: “Ehtiyatları işə salmaq lazım gələcək” – İqtisadçının ŞƏRHİ

Pandemiya dalğasında TÜKƏNƏN İMKANLAR: “Ehtiyatları işə salmaq lazım gələcək” – İqtisadçının ŞƏRHİ

“Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün bütün məsələlərə yenidən baxmaq zərurəti yaranacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandmeiyasının ölkə iqtisadiyyatına vurduğu zərərlərə münasibət bildirən iqtisadçı Pərviz Heydərov bildirib.

Pərviz Heydərov hesab edir ki, mövcud şəraitdə proqnozlaşdırılan büdcə gəlirləri ciddi təzyiq altındadır:

“Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın məbləğini dəqiq söyləmək hələ mümkün deyil. Çünki bu proses davam edir və nə vaxt bitəcəyi məlum deyil. Ona görə də hökumət əlində olan ehtiyatlardan hələlik istifadə etmir.

Çünki vəziyyət getdikcə daha da müərəkkəbləşə bilər. Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün bütün məsələlərı yenidən baxmaq zərurəti yaranacaq. Bu isə asan məsələ deyil.

Yaxşı ki “kölgə iqtisadiyyatı”na qarşı keçən il başlanılan müvafiq mübarizə tədbirləri davam edir. Yəni qeyri-leqal dövriyyədən vəsait cəlbi prosesi hələ dayanmayıb.

Lakin artıq bütün istiqamətlər üzrə imkanlar tükənir. Yayın növbəti iki ayını birtəhər yola verə bilsək də, mövcud vəziyyət sentyabr-oktyabr-noyabr aylarında da davam edərsə, ehtiyatları təcili olaraq işə salmaq lazım gələcək. Bu isə birmüddətlik effektiv xarakter daşıyacaq”.

Mənbə: yenicag.az