Hesab.az-ın istifadəçilərə təqdim etdiyi yeni üstünlüklər

Hesab.az-ın istifadəçilərə təqdim etdiyi yeni üstünlüklər

Bakı. Trend:

Hesab.az-ı rəqiblərindən fərqləndirən yeni funksiya və loyallıq proqramlarını təkmilləşdirən Hesab.az komandası artıq 9 ildir ki, istifadəçilərin xidmətindədir.
Hesab.az-da ödəniş edərək qazanan istifadəçilər, etdikləri seçimdən asılı olaraq toplanan bonusları Dərhal Dəyişdə yer alan təkliflərə dəyişir və ya Hesab Koinlərlə növbəti ödənişlərini yerinə yetirirlər. İstifadəçilər Hesab.az-da sürətli ödəniş sayəsində vaxt qazanmaqla yanaşı, bonus və ya Hesab Koin qazanırlar.

Funksionallıq baxımından istifadəçilərin işini xeyli asanlaşdıran üstünlüklərdən biri – Borclarla bağlı sorğu göndərilmə istifadəçilər tərəfindən rəğbət qazanıb. Belə ki, istifadəçilər ana ekranda yer alan borclarla bağlı sorğu göndərdikdə uyğun olaraq borcları təsvir edilir. Beləcə hesabına daxil olan istifadəçi, yüklənmə ilə qarşılaşmır, borcu əks edilən zaman həmin dəqiqə ödənişi edə bilir.

Daha bir yenilik təqdim edən Hesab.az, Hesab Travel-i istifadəçilərə təqdim etdi. Hesab Travel istifadəçilərə sərfəli uçuş və otelləri təqdim edir. Səyahət planlayan insanlar Hesab Travel-də istənilən ölkə üzrə aviabilet və otel qiymətlərini müqayisə edib, uyğun qiymətə əldə edə biləcəklər.

Pandemiya dövründə mövcud karantin rejimi ilə əlaqədar olaraq insanlara mümkün qədər evdən çıxmamaq tövsiyyə olunur. Bununla da istifadəçilər olduqları yeri tərk etmədən Hesab Travel-də fərqli saytlardan aviabilet və otel təkliflərini tapıb, müqayisə edə biləcəklər.

Səyahət planlayan istifadəçilər, elə Hesab.az vasitəsilə səyahət sığortalarını da ala bilirlər. Əlavə olaraq, qeyd edək ki, istifadəçilər avtomobilləri üçün icbari sığorta alışını da Hesab.az-da edə bilir.

Eyni zamanda, dünyada baş verən texnoloji yenilikləri və trendləri izləyən Hesab.az, istifadəçilərinə Azərişıq ödənişlərini Hesab.az mobil tətbiqi vasitəsilə qəbzdəki QR kodu oxudaraq etmək imkanı yaratdı. Hesab.az QR ödəmə funksiyası ilə ödənişin edilməsini genişləndirməyi düşünür. Bu da istifadəçilərə vaxt və rahatlıq baxımından daha bir üstünlük verir.

Həmişə istifadəçilərdən gələn təklifləri ciddi şəkildə nəzərə alan və yeniliklərini onların fikirlərinə əsasən formalaşdıran Hesab.az böyük şirkətlərlə növbəti aylar ərzində də yeni layihələr planlaşdırır.

Edilən bütün yeniliklər Hesab.az-ın istifadəçi sayını və müştəri məmnuniyyətini də artırıb. Belə ki, hal-hazırda qeydiyyatlı istifadəçi sayı 540 mini keçib.

Azərbaycanda ən böyük onlayn xidmətlər şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Mənbə: az.trend.az