Altı ayda Zaqatalada Məşğulluq Mərkəzi vasitəsilə 515 nəfər işə düzəlib

Altı ayda Zaqatalada Məşğulluq Mərkəzi vasitəsilə 515 nəfər işə düzəlib

Bu ilin 6 ayında Zaqatala Rayon Məşğulluq Mərkəzi vasitəsilə 515 nəfər işə düzəlib. Onların 223 nəfəri qadındır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Məşğulluq Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ilin ötən dövründə Zaqatala rayonunda 67 nəfər “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərə cəlb olunub. Özünüməşğulluq təlimlərinə cəlb edilənlərin 64 nəfəri kənd təsərrüfatı, 3 nəfər isə xidmət sahələrində fəaliyyət göstərəcək. Təlimlər artıq başa çatıb. Bundan əlavə, müddət ərzində 32 nəfər peşə hazırlığı kursuna cəlb edilib. Kurslarda dərslər xüsusi karantin rejimi başa çatdıqdan sonra başlanılacaq.

Mənbə: azertag.az