Vaxtı uzadılan sərt karantin rejimi necə nəticə verəcək? - Baş infeksionist DANIŞDI

Azərbaycanda artıq 12 gündür ki, sərt karantin rejimi tətbiq olunur. Bu dövrdə yoluxmaların sayı 500-600 nəfəri arası dəyişib. Rəsmi qurumlar yoluxma sayının sabit saxlanıldığını bildirir. Lakin eyni zamanda davam edən bu sayın mənbəyi maraq doğurur.

Sərt karantin rejimi dövründə yoluxanlar hansı kateqoriyadır? İşləyən, yəni şəhərdə hərəkət imkanları olanlar, yoxsa karantini evdə keçirənlər arasında daha çox yoluxma qeydə alınır? İş yerlərində kütləvi yoluxma halları olurmu? Bəzi iddialara görə fəaliyyətini davam etdirən şirkətlərdə kütləvi yoluxmalar qeydə alınır. Müəssisə rəhbərləri isə işi dayandırmamaq üçün qaydalara göz yumur.

Həmçinin iyul ayının 20-dək uzadılan sərt karantin rejiminin necə nəticə verəcəyi də maraqlı məqamlardandır.

Bununla bağlı Sonxeber.az-a Azərbaycanın baş infeksionisti Cəll İsayev danışıb:

"Yoxlanan insanlar müəyən labartoriyada yoxlanılır və nəticələrini gizlətmək qeyri- mümkündür. İş yerlərində hər şey profilaktik tədbirlər çərçivəsində yoxlanılır və əgər şübhəli varsa təcrid olunur. İş sahiblərinin əgər belə hallar aşkarlanarsa, bunu gizlətməsi qeyri- mümkündür".

Cəlal İsayev bildirib ki, evdə müalicə alma bu həftədən başlanılıb. Xəstə insanlar, hər hansı əlaməti olan insanlar poliklinikaya, çağrış mərkəzlərinə yaxud da sahə həkimlərinə müraciət edirlər. Əgər xəstənin halı evdə müalicəyə imkan vermirsə, həmin xəstələr xəstəxanlara yerləşdirilir.

Baş infeksionist həmçinin ötən gün təyin edilmiş sərt karantin rejiminin necə nəticə verəcəyini də proqnoz verib:

"Sərt karantin rejiminin nəticə vermək ehtimalı daha yüksəkdir. Çünki müəyyən tədbirlər görüldü. 5 nəfərdən artıq insanın bir yerə toplaşmaması, maska taxmamağa görə nəzarət və metronun bağlanması, ictimai nəqliyyatın şənbə, bazar günü işləməməsi kimi tədbirlər doğru addımdır. Deyirlər ki, maşında tək olan və yaxud da küçədə tək gəzən adam maska taxmasın. Mən hətta deyərdim ki, hamı maska taxsın. Çünki maska taxmağa görə insanda vərdiş yaransın, maska bizim həyat təlabatımıza çevrilsin. Maskanı taxmağın çox böyük önəmi var. Hər iki tərəfin maskadan istifadə etməsi yoluxmanı bir faizə salır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Mövcud vəziyyətdə ən səmərəli həll yolu

SONRAKI XƏBƏR

"Siyasi dustaqları buraxın" - Senatdan prezidentə ÇAĞIRIŞ