Rusiya koronavirusun müalicəsi üçün dərman satmağa başlayıb

Rusiya koronavirusun müalicəsi üçün dərman satmağa başlayıb

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavira" dərmanını Belarusiyaya ixrac etməyə başlayıb...

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavira" dərmanını Belarusiyaya ixrac etməyə başlayıb. Bu barədə "RİA Novosti" Rusiya investisiya fondu (RDIF) və HimRar şirkətlər qrupuna istinadən məlumat yayıb.

İnterAz xəbər verir ki, dərmanın Qazaxıstana da tədarükü planlaşdırılır. Hazırda Latın Amerikası ölkələri ilə danışıqlar aparılır. Dərman may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib.

Əvvəllər bu dərman Ebola xəstəliyinin müalicəsində istifadə olunub.

Dərman tablet şəklində buraxılır və xaricdəki analoqlarından daha ucuzdur.

Mənbə: www.interaztv.com