COVİD-19 xəstəsinin müalicə xərci HƏR KƏSİ ŞOKA SALDI: 1 milyon...

COVİD-19 xəstəsinin müalicə xərci HƏR KƏSİ ŞOKA SALDI:  1 milyon...

ABŞ-ın Florida ştatında COVİD-19 səbəbilə dünyasını dəyişən şəxsin müalicə xərci bütün dünyada gündəmə çevrilib.

Publika.az xəbər verir ki, xəstəxananın onun ailəsinə göndərdiyi qəbzdə xərcin 1 milyon 123 min 600 dollar olduğu qeyd edilib.

Olayla bağlı “Instagram”da payaşım edən mərhumun yaxını “kimsə virusla mübarizə aparıb, qalib gəldikdən sonra belə bir rəqəmlə qarşılaşmamalıdır” sözlərini yazıb.

Mərhumun əmisi olduğunu və xəstəxanada 4 həftə qaldığını bildirən bir şəxs isə bu bilgini insanları qoruyucu maskadan istifadə etməyə təşviq üçün paylaşdığını vurğulayıb.

Mənbə: publika.az