"Türk Hava Yolları" Bakıya uçuşları ləğv və bərpa etdi

"Türk Hava Yolları" Bakıya uçuşları ləğv və bərpa etdi

"Türk Hava Yolları"nın iyul və avqust aylarında Bakıya nəzərdə tutulan uçuşları bu gün səhər saatlarında ləğv edilib.

Cebhe.info xəbər verir ki, bu barədə bilet alan sərnişinlər məlumat verib.

Ancaq bir neçə saat sonra THY yenidən sərnişinlərə mesaj göndərərək reyslərin əvvəlcədən nəzərdə tutulan qaydada davam edəcəyini bildirib və məsələnin həll olunduğunu açıqlayıb.

Ancaq ləğvin səbəbinin nə olduğuna aydınlıq gətirilməyib.

Xatırladaq ki, THY həftədə 2 dəfə olmaqla Bakıya çarter reysi həyata keçirəcək.

Mənbə: cebhe.info