2040-cı ilədək bərpaolunan enerji mənbələrinin payı gözləniləndən çox olacaq

2040-cı ilədək bərpaolunan enerji mənbələrinin payı gözləniləndən çox olacaq

Bakı, 3 iyul, AZƏRTAC

2040-cı ilədək qlobal enerji balansında bərpaolunan enerji mənbələrinin payı gözləniləndən çox olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“Hər kəs qlobal enerji balansının dəyişəcəyini düşünür. Karbohidrogen ehtiyatlarının qlobal enerji istehlakındakı payı 2040-cı ilə qədər 85 faizdən 75 faizə enəcək və bərpaolunan enerji mənbələrinin payı isə artacaq. Mənin hesablamalara görə, alternativ enerji mənbələrinin payı 2040-cı ilə qədər gözləniləndən çox olacaq”.

Mənbə: azertag.az