İş icazələrinin əksəriyyəti - LƏĞV EDİLİB – İŞ ADAMLARI PROBLEMLƏ ÜZLƏŞİB

İş icazələrinin əksəriyyəti - LƏĞV EDİLİB – İŞ ADAMLARI PROBLEMLƏ ÜZLƏŞİB

İyulun 5-dən etibarən sərt karantin rejiminin uzadılması ilə əlaqədar olaraq bəzi sahələrdə işçilər üçün alınan icazələr avtomatika olaraq ləğv edilib.

"ASAN Xidmət"in rəhbəri: Özəl sektorun işçiləri üçün - İCAZƏ QAYDASI DƏYİŞİR

FED.az xəbər verir ki, bu sektorların təmsilçiləri bu gün əvvəl aldıqları icazələrin ləğv ilə üuzləşiblər. Yeni icazələrin alıqnması isə mümkün olmayıb. İcaze-gov.az saytı belə müraciətlərə scvaab olaraq bildirib ki, həmin ödəyicilərin çalışdığı sahələr Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən fəaliyyyət istiqaimətlərinə aid deyil.

İş icazələrinin ləğv edilməsi, «novostroyka»lara göstərilən xidmətləri- ALT ÜST EDİB

FED.az-ın məlumatına görə, hazırda ölkə ərazisində müxtəlif sahələrdə çalışan yüzlərlə şirkət və iş adamı icazələrinin ləğvi ilə bağı çətinliklərlə üzləşiblər.

Pərakəndə satış və restoran fəaliyyəti ilə məşğul olan iş adamı Elxan Mərdanlı bildirib ki, iyulun 3-də dövlət qurumları ona icazələrin vaxtının uzadılacağını bildiriblər. Amma ayın 5-də bütün icazələr ləğ edilib. Yenidən icazə almaq istəyəndə isə fəaliyyət göstərdiyi sahələrin Nazirlər Kabinetinin qərarında olmadığı bildirilərək ona İqtisadiyyat Nazirliyinə müraciət etmək tövsiyə edilib: «Həmin qərarın əlavəsində göstərilən Fəaliyyətinə icazə verilən sahələr –
5. Pərakəndə və topdan satış üzrə: 5.6. onlayn satışlar.
9. Xüsusi xidmət növləri üzrə: 9.1. çatdırılma xidmətləri;
- Onuda qeyd edim ki, bizim fəaliyyətimiz pərakəndə satış geyim və restoran fəaliyyətidir biz hər iki sahə üzrə online satış edib, müştərilərə çatdırılma xidməti göstəririk. Bizim fəaliyyət kodu bir başa Pandemiyadan zərərçəkmiş fəaliyyət növüdür və bununla bağlı Pandemiyadan zərər çəkmiş biznes sahələrinə veriləcək güzəştli kreditlər siyahısında da bizim təsnifat kodumuz öz əksini tapıb. Belə olan halda hansı əsasla və hansı hüquqla bizə bildirirlər ki, "Sizin fəaliyyət istiqamətiniz Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında qeyd olunan fəaliyyət istiqamətinə aid deyil».

İş adamı ümid edib ki, bu vəziyyətdə sahibkarlara ölkə başçısı dəstək olacaq: «Mən işçiyə əmək haqqı verə bilmirəm, mən müştərilərimə söz vermişəm, mənim müştərim evinə yemək sifariş verib, bizim üçün müştəri məmnuniyyəti hər şeydən alidir çünki müştəri olmasa bizim mövcudluğumuz kimə lazımdır? Onsuz da pandemiya ya görə satışlar və biznes sahəsi çöküb, idxal və ixrac, belə desək, qan ağlayır, belə bir vəziyyətdə atılan düşünülməmiş addım mövcud vəziyyəti daha da pis və çıxılmaz etdi. Ümid edirəm ki, sahibkarların səsi Cənab Prezidentə çatar və bu çətin vəziyyətdən çıxmaqda köməklik göstərər».

Toghrul Latifov adlı mühasib isə bildirir ki, «iyulun 4-də icazəsi olan bəzi fərdi sahibkarları və onların işçilərinin icazə müddətini artırmışıq. Səhər məlum olub ki, bəzi VÖENlərdə icazələri ləğv ediblər. Halbuki, fəaliyyətinə, işçi sayı məhdudiyyəti tətbiq olunmadan icazə verilən sahədir».

Qeyd edək ki, icazələrin avtomatik ləğv olunacağı əvvəlcədən elan edilmişdi. İyulun 3-də keçirilən brifinqdə «ASAN Xidmət»in rəhbəri Ülvi Mehdiyev bildirmişdi ki, Azərbaycanda özəl şirkətlərin bəziləri karantin günlərində işçilərinin işləməsinin vacibliyini yenidən əsaslandırmalı olacaqlar.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən özəl təşkilatların, hüquqi şəxslərin siyahısı və təsnifat kodu müəyyən edilib. Və yalnız o siyahıya və təsnifat koduna uyğun olan təşkilatlara icazə almaq imkan veriləcək: «Digər hallarda isə bu icazə imkanı olmayacaq. Hər hansı bir təşkilat, yəni özəl şirkət icazə ala bilmirsə, amma hesab edir ki, onun fəaliyyyəti zəruridir, yəni karantin dövründə məhdudlaşdırılmış fəaliyyət deyil, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. Şirkət öz əsaslandırılmasını təsdiq edə bilərsə, ondan sonra ona icazə veriləcək»-deyə ASAN Xidmətin rəhbəri bildirmişdi.
Doğrudan da iyulun 5-dən bəzi sahələr üzrə icazələr ləğv edilib. Amma icazələri yeniləmək istəyən şirkətlər və iş adamları çətinliklə üzləşiblər. Eləcə də, bəzi şirkətlərin əməkdaşları icazəli olduqlarını güman edərək küçəyə çıxdıqda cərimələrlə üzləşiblər.
Hətta Nazirlər Kabinetinin qərarındakı siyahıda olsa da, onlara bu siyahıda olmadığı bildirilir və İqtisadiyyyat Nazirliyinə müraciət etmək tövsiyə olunur. Amma bu gün istirahət günü olduğundan nazirliyə müraciət etmək mümkün deyil.

Mənbə: fed.az