İpoteka kredit portfelimiz 200 milyon manata çatıb

İpoteka kredit portfelimiz 200 milyon manata çatıb

Hazırda Kapital Bank-ın ipoteka kredit portfeli artaraq 200 mln manat həddinə çatıb. Bankın gələcək prioritetlərindən biri cari portfeli saxlamaqla yanaşı, daha da artırmaqdır.

Bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.

O qeyd edib ki, Kapital Bank, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan mənzillərin kreditləşməsi üzrə olan dövlət layihəsində də aktiv iştirak edir: “Ötən il ərzində MİDA layihəsi üzrə təqdim olunan mənzillər üçün 3 milyon manat həcmində kredit rəsmiləşdirilib. Bu ipoteka növü üzrə kredit portfelimiz, ümumilikdə 6 milyon manat təşkil edir. Cari il ərzində MİDA tərəfindən təqdim olunan yeni layihələrə əsasən mənzillərin kreditləşməsi nəzərdə tutulur və vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması təmin edilir”.

V.BAYRAMOV,

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com