Vladimir Putinin əmisi oğlunun oğlu Rusiyada partiya sədri seçildi

Vladimir Putinin əmisi oğlunun oğlu Rusiyada partiya sədri seçildi

Rusiya Prezidenti Vladimir Putinin əmisi oğlunun oğlu Roman Putin “Xalq korrupsiyaya qarşı” Partiyasının sədri seçilib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə partiyanın Siyasi Şurasının sədri Qriqoriy Anisimov “RİA-Novosti”yə açıqlamasında deyib.

Bu gün “Xalq korrupsiyaya qarşı” Partiyasının qurultayı keçirilib və Roman Putin qurultayda gizli səsvermə yolu ilə sədr seçilib.

Qeyd edək ki, R.Putin partiyaya iyunun 21-də üzv seçilib. Poman Putinin atası İqor Putin Vladimir Putinin əmisi oğludur. Roman Putin Federal Təhlükəsizlik Xidmətində, daha sonra isə Ryazan merinin müşaviri işləyib. Dövlət xidmətindən uzaqlaşan R. Putin iri maliyyə-sənaye şirkətində çalışıb.

Bununla belə Roman Putin 2020-ci ilin martında Vladimir Putinin alternativini görmədiyini bəyan etmişdi.

Mənbə: olke.az