Muğanbank xarici partnyorları ilə əməkdaşlığı davam etdirir

Muğanbank xarici partnyorları ilə əməkdaşlığı davam etdirir

Muğanbank Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığı uğurla davam etdirir. “Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində pandemiya dövründən əvvəl Muğanbank və AYİB arasında imzalanmış texniki dəstəyə dair müqaviləyə əsasən proqramın birinci mərhələsi uğurla başa çatdırılaraq, artıq ikinci - aktiv mərhələyə start verilib.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində Muğanbank ASC ilə AYİB tərəfindən birgə seçilən xüsusi konsultant komanda - Business & Finance Consulting (BFC) – Muğanbankda strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirir.

Bundan əlavə layihə çərçivəsində konsultant komandanın tövsiyələri əsasında müvafiq bank məhsullarının optimallaşdırılması, satış və marketinqinin təkmilləşdirilməsi, kredit personalının gücləndirilməsi kimi komponentlər icra ediləcək.

Ümumilikdə 2019-cu ildə başlayan üç mərhələli transformasiya layihəsinə 2021-ci ilin İyul ayında yekun vurulması nəzərdə tutulur.

Mənbə: qafqazinfo.az