Əmək haqqını yaşam sığortasına köçürənlər artır - 25 milyonluq artım

Əmək haqqını yaşam sığortasına köçürənlər artır  - 25 milyonluq artım

2020-ci ilin may ayında Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 113 milyon 874 min manat, icbari həyat sığortası üzrə 26 milyon 993 min manat sığorta haqları toplanıb (cəmi 140 milyon 867 min manat).

"Kommersant.az" xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 98 milyon 447 min manatı həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 25 milyon 411 min manat və ya 35% artıb.

Cari ilin yanvar-may ayında həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 70 milyon 402 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 29 milyon 619 min manat təşkil etmişdi.

Mənbə: www.kommersant.az