Kataliz və Qeyri-üzvi Kimya İnstitutu magistrantlarının onlayn imtahanları davam edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu magistrantlarının onlayn imtahanları davam edir

Bakı, 6 iyul, AZƏRTAC

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantların yay imtahan sessiyası davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən təşkil olunur. İndiyədək magistrantlar tədris planında nəzərdə tutulan kompozit materiallar, qeyri-üzvi kimyada fiziki metodlar, ali məktəb pedaqogikası, fəlsəfə, psixologiya, fotokimyəvi və zəncirvarı reaksiyalar, kimyəvi reaksiyaların modelləşdirilməsi fənlərindən imtahanlarını müvəffəqiyyətlə veriblər.

İyulun 6-da müasir fiziki-kimyəvi tədqiqat üsulları, smart polimerlər və biomimetik sensorlar fənlərindən imtahan verən magistrantlar şifahi olaraq 5 sualı cavablandırıblar.

Qeyd edək ki, iyulun 13-də magistrantlar lak-boya materialları və smart polimerlər fənlərindən sonuncu imtahanı verməklə yay sessiyasını başa vuracaqlar.

Mənbə: azertag.az