Səudiyyə neftin qiymətini qaldırmaq qərarı verdi

Səudiyyə neftin qiymətini qaldırmaq qərarı verdi

Bu il üçün əminlikdə Səudiyyə Ərəbistanını neft bazarının əsas oyunçusu adlandırmaq olar. Məhz ərəblər ilin ilk yarısında yanacağın qiymətinə bir neçə dəfə ciddi təsir göstəriblər.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı neftin qiymətini qaldırmaq qərarı verib. Ölkənin milli neft şirkəti “Saudi Aramco” avqustda Asiya, ABŞ və Şimali Avropadan olan müştərilərə xammalı daha baha satacaq.

Səudiyyə Ərəbistanı neftə tələbatın yavaş-yavaş bərpa olunduğunu düşünür. Gələn aydan “Arab Light” müştərilərə “Brent”dən bir az baha təklif ediləcək. Asiyalılar üçün fərq hər bareldə 1.2, ABŞ üçün 1.65, avropalılar üçün isə 0.7 dollar olacaq. Yalnız Aralıq dənizi ölkələri üçün qiymət aşağı salınacaq.

Son günlər neftin qiyməti yüksəlməyə başlayıb. “Brent”in bir barelinin dəyəri 44 dollara yaxınlaşır.

Bir müddət əvvəl “Saudi Aramco”nun xeyli əməkdaşını ixtisar edəcəyi bildirmişdi. Səudiyyə Ərəbistanı iyunda BƏƏ və Küveytlə birlikdə sutkalıq hasilatı daha 1.18 milyon barel azaltmışdı. Bundan başqa, bəzi müştərilərə güzəştlər də ləğv edilmişdi.

Mənbə: www.bizimyol.info