Ucar rayon sakinləri Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevdən şikayətçidirlər

Ucar rayon sakinləri Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevdən şikayətçidirlər

Redaksiyamıza Ucar rayon sakinləri tərəfindən şikayət məktubu daxil olmuşdur. MillətinSəsi.info saytı olaraq müraciəti olduğu kimi oxucularımızın diqqətinə çadırırıq:
Bir müddət əvvəl Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qanunsuz, tərbiyəsiz hərəkətləri barədə şikayət edən şəxslər hazırda onun tərəfindən şantaja, hədə-qorxuya məruz qalıblar.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş şikayət ərizələri araşdırılıb tədbir görülməsi üçün Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin özünə göndərilmişdir.
Adam etməyib tənbəllik həmin şikayətçiləri otağına çağırıb video çəkliş edib onlara şikayətiçi olmadıqlarını, ərizəni qərəzli yazdıqlarını izahatlarında qeyd etmələrini tələb edib.Həttda şikayətçilərə ağ kağıza imza etməyi məcbur edir.Şikayətçiləri prokuorluğa verib həbs etdirəcəyi ilə hədələyir.

Bu qanunsuzluqdur ki, ilk növbədə həmin şikayət ərizələrini araşdırılması üçün Samir Nuriyevə göndərən mərkəzi orqan edir.Çünki bu adam özü barədə hansı tədbir görə bilər ?
Samir Nuriyev 29 dekabr 2019-cu il tarixdən Ucar rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə təyin olunub.Buna qədər o Kürdəmir rayon Arxiv İdarəsinin müdiri olub.
O, Ucar rayon Məşğulluq Mərkəzinə müdir vəzifəsinə təyin olunduğu vaxtdan yeni qiymətlər təyin edib.
İşə qəbul üçün qiymət işin asanlığından aslı olaraq 1500-dən 3000 manat qədərdir.
Özünüməşğulluq proqaramına qoşulmaq 1000 manatdır.Pul verməyib özünüməşğulluğa qoşulanlara isə xəstə keçilər verilir ki, onlarda tezlilə tələf olurlar.
İllərlədir ki, Ucar rayon Məşğuluq Mərkəzində işsiz kimi qeydiyyata alınan insanlar var ki, rüşvət verməyə maddi imkanları olmadığı üçün indiyə qədər işsiz qalıblar. Ancaq istənilən pulu Samir Nuriyevə verən şəxs işsiz kimi qeydiyata alınıb dərhal işlə təmin olunurlar.
Bunu subut etmək çox sadədir. 2020-ci ilin yanvar ayı tarixindən Ucar rayonunda işə qəbul olunan şəxslərin işsiz kimi qeydiyyata nə vaxt alınmaları yoxlanılması kifayətdir.
Adam var ki, uzun illərdir işsiz kimi qeydiyyatdadır istənilən rüşvəti verə bilmədiyi üçün ona ağır fiziki güc tələb edən, daima günün altında olan iş yerləri təklif olunur.Ancaq istənilən rüşvəti verənlər dərhal işsiz kimi qeydiyyata alınaraq ən yüngül çox maaşı olan işlə təmin olunurlar.

Özünüməşğulluq proqaramı ilə aktivlər (iri və xırda buynuzlu heyvanlar) alan şəxslərin çoxunun həyətyanı sahəsinə mal-qarası, qoynu-quzusu, avtomobili və yaxşı gəliri var.Ancaq həmin şəxslər Samir Nuriyevə rüşvət verib özünüməşğulluq proqramına qoşulub aktivlərlə təmin olunurlar.Rüşvət vermiş şəxslərin həyətyanı sahəsinə baxış keçirəndə bunu görməməzliyə vurub qanunsuz akt tərtib edirlər.
Samir Nuriyev az müddət ərzndə küllü miqdarda pul talan etmişdir.
Həttda o idarə etdiyi bahalı avtomobilini idarənin qarşında deyil idarəyə yaxın yaşayış binalarının qarşında saxlayır ki, görən olmasın.
Bu adamın psixoloji probleminin olması 100 %-dir.Anormal kobud hərəkətləri, vətəndaşlarla yerisz mübahisə etməsi, həttda əlbə-yaxa davaya çıxması rayon sakinlərini bezdirib.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirik ki, şikayətimizin icrasını barəsində şikayət etdiyimiz Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevə həvalə etməyin, 2020-ci ilin yanvar ayı tarixindən Ucar rayonunda işə qəbul olunan şəxslərin işsiz kimi qeydiyyata nə vaxt alınmalarının yoxlanılmasına tapşırıq verəsiniz.
İmza; Ucar rayon sakinləri
Məmmədov Vəli Həsən oğlu (051) 451-99-76
Əliyeva Kəklik Davud qızı
Nəsibova Böyükxanım Kərəm qızı
Qasımov Qadir Talıb oğlu
Səlimov Yaqub Fazil oğlu
Cəlilov Ehtiram İsmayıl oğlu
Kərimova Sona Xanlar qızı
İbrahimov Səməd Fərhad oğlu
Əliyeva Esmira Əlibala qızı
Hüseynov Rafiq Qədir oğlu
Qasımova Nazilə Uusb qızı
Əzizov Sənan Kazəm oğlu
Həsənov Nəbi Eldar oğlu

P.S. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mənbə: milletinsesi.info