İtaliyanın turizm sənayesi amerikalı turistlər olmadan ciddi itki verəcək

İtaliyanın turizm sənayesi amerikalı turistlər olmadan ciddi itki verəcək

Turistlər bir neçə ay əvvəl Avropada koronavirusun episentri olan və təxminən 35 min insanın öldüyü İtaliyaya ölkəyə qayıdır.

Avropa Birliyi sərhədlərinı karantinə ehtiyacı olmayan ölkələr siyahısındakı turistlər üçün yenidən açıb. Lakin Amerika Birləşmiş Ştatları bu siyahıda deyil və bu, İtaliyanın turizm biznesinin təlaşına səbəb olub.

COVID-19 pandemiyasının təsirinə məruz qalan İtaliya iqtisadiyyatının ümumdaxili gəlirinin 13 faizini təşkil edən turizm sənayesinin də ən çox pul xərcləyən amerikalı turistlər olmadan ciddi itki verəcəyi gözlənilir.

Ölkələr iyunun 3-dən sərhədlərini açmağa başlayandan bəri İtaliyaya ilk qayıdanlar Avropa səyahətçiləri olub. Keçən həftədən başlayaraq isə Avropa İttifaqına daxil olmayan bir sıra ölkələrdən gələnlər olub. Lakin almanlardan sonra İtaliyaya gələn ikinci ən böyük ziyarətçi qrupu olan amerikalılara təcili səbəb olmadan hələ də ölkəyə girmək qadağandır.

Amalfi sahil bölgəsindəki əsasən amerikalıların qaldığı bahalı mehmanxanalar bu tətil mövsümündə böyük itkilərlə üzləşir. Bəziləri qismən yenidən açılıb, bəziləri isə heç açılmayıb.

Çoxu yay fəslində olmaqla, hər il Avropaya 15 milyon amerikalı səyahət edir. Onların bu regiona getməməsi Avropa iqtisadiyyatına böyük bir zərbədir, belə ki, bu, Avropanın ümumi iqtisadiyyatının 10 faizini təşkil edir.

Mənbə: www.amerikaninsesi.org