GNERC: Gürcüstanda elektrik enerjisinin istehlakı hər il 4,4% artır

GNERC: Gürcüstanda elektrik enerjisinin istehlakı hər il 4,4% artır

Gürcüstanda elektrik enerjisi istehlakı hər il orta hesabla 4,4% artır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Enerji və Su təchizatı Tənzimlənməsi Komissiyasının (Georgian National Energy and Water Supply Regulatory Commission – GNERC) sədri David Narmania illik hesabatın təqdimatı zamanı bildirib. Onun sözlərinə görə, ölkədə istehlak artsa da, elektrik enerjisinin istehsalı azalmaqdadır.

“2019-cu ildə idxal olunan elektrik enerjisinin həcmi əvvəlki ilə nisbətən 7,8% artıb. Təbii qaz sektoruna gəldikdə, 2019-cu ildə ölkədə tələbat 15% artaraq 2,5 mlrd. kubmetr təşkil edib. Artım əsasən məişət və istilik elektrik stansiyalarının istehlakı ilə əlaqədardır. Təbii qazın məişət məqsədləri üçün istehlakı 2019-cu ildə 983 mln. kubmetr, qeyri-məişət məqsədləri üçün istehlak isə 1,519 mln. kubmetr təşkil edib”, - deyə D. Narmaniaa bildirib.

Mənbə: apa.az