Şərur rayonunda kartofun məhsuldarlığı bu il daha da artıb

Şərur rayonunda kartofun məhsuldarlığı bu il daha da artıb

 

Muxtar respublikanın bərəkətli torpaqlara malik Şərur rayonunda faraş kartof yığımına başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məhsul yığımında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni, müasirtipli kartofçıxaran texnikalardan istifadə olunur. Məhsul yığımında kartofçıxaran maşınlardan istifadə əl əməyini yüngülləşdirir, işin səmərə və keyfiyyəti artır

Sahələrdə aqrotexniki qaydalara düzgün əməl edildiyindən məhsuldarlıq da yüksəkdir. Əldə edilən faraş kartof həm Şərur, həm də Naxçıvan şəhərlərində yerli bazarı təmin edir. Bununla bərabər məhsul bol olduğundan təsərrüfatçılar onu soyuducu anbarlara da təhvil verirlər.

Qeyd edək ki, bu il rayonda kartof əkin sahələri genişləndirilərək 1350 hektara çatdırılıb.

Təcrübəli təsərrüfatçılar “İxrac ili” ilə əlaqədar bu il daha çox və keyfiyyətli məhsul ixrac etməyi, bir sıra xarici ölkələrə keyfiyyətli məhsul satmağı planlaşdırırlar.

Mənbə: azertag.az