Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə onlayn məruzə edib

 

Bakı, 7 iyul, AZƏRTAC

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işçisi Yetər Babaşova “Yaşıl kimya yay məktəbi – 2020” (Green Chemistry Postgraduate Summer School - 2020) beynəlxalq tədbirdə məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, pandemiya səbəbindən onlayn təşkil olunan və iyulun 10-dək davam edəcək tədbirdə müxtəlif ölkələrdən 200 namizəd iştirak edir.

Tədbir “IUPAC” (International Union of Pure and Applied Chemistry) və Venesiya Kafoskari Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Daha əvvəl bu tədbirin Venesiyada keçirilməsi planlaşdırılmışdı.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

102-ci hərbi bazanın hərbi qulluqçusu özünü ayaqqabı ipi ilə asaraq intihar edib

SONRAKI XƏBƏR

Pənah Hüseynin Nəciməddin Sadıqovu tərifləməsi etiraza səbəb oldu - Reaksiya