Bloomberg: Dünya ən böyük iqtisadi böhranı yaşayır

Bloomberg: Dünya ən böyük iqtisadi böhranı yaşayır

....Hazırda pandemiya şəraitində görülən irimiqyaslı stimullaşdırıcı tədbirlərə baxmayaraq, dünya 1929-cu ilin Böyük depressiyasından sonra ən əhəmiyyətli iqtisadi böhranı yaşayır

Koronavirusun səbəb olduğu güclü tənəzzüldən sonra bu il dünya iqtisadiyyatının tam bərpası istisnadır, 2021-ci ildə isə bu perspektivlər, əsas etibarilə, hazırda nələrin baş verməsindən asılı olacaq.

İnterAz-ın “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, ilin əvvəlində heç kim bu cür ssenarini gözləmirdi, bir çox iqtisadçılar iqtisadi artım proqnozlaşdırırdılar, sərmayədarların arxayınlığı isə ABŞ və Çin arasında ticarət anlaşmasının imzalanması ilə nəticələndi.

 

Hazırda pandemiya şəraitində görülən irimiqyaslı stimullaşdırıcı tədbirlərə baxmayaraq, dünya 1929-cu ilin Böyük depressiyasından sonra ən əhəmiyyətli iqtisadi böhranı yaşayır.

Mənbə: www.interaztv.com