İqtisadçı: "Bizə dövlətdən yardım lazım deyil…"

İqtisadçı: "Bizə dövlətdən yardım lazım deyil…"

"5 iyul tarixindən bütün icazələrin ləğvi çox səhv qərar idi. Bu ona oxşayır ki, problemi həll etmək əvəzinə onu kökündən ləğv edirsən. Ona görə səhvdir ki, yenidən qeydiyyat icazələr portalının qısa müddətli dövr ərzindən yüklənməsinə gətirib çıxarır və xeyli sahibkar və ya muzdlu kənarda qalır".

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Samir Əliyev deyib.

S.Əliyev qeyd edib ki, digər tərəfdən icazə verilən fəaliyyət sahələrinin məhdudlaşdırılması pandemiya dövründə birtəhər ayaqda qalmış sahibkarlıq subyektlərinin sıradan çıxmasına səbəb olacaq: "Elə fəaliyyət sahələri var ki, indiki dövrdə onların işləməsi yoluxmanı şərtləndirmir, həm özlərinin sosial təminatını qorumaq, həm də dövlət büdcəsinə çətin bir dövrrdə vergi və sosial ödənişləri ödəmək baxımından vacibdir. Bizim işimiz iqtisadi sahədə araşdırmalar aparmaq, konsaltinq xidməti göstərməkdir. İnsanlarla gündəlik təmasımız məhduddur. Bizə sadəcə hərəkət azadlığı lazımdır. Kənardan müəyyən monitorinqlər, müşahidələr, qiymətləndirmələr aparmaq, fərdi görüşlər keçirmək, müzakirələr aparmaq və s. bizim işimizin əsasını təşkil edir. Bizə dövlətdən yardım lazım deyil, onun yardımı işləməyə imkan yaratmasıdır. İndi məlum olur ki, bizim fəaliyyətimizə icazə verilmir. Heç qadağan da edilmir. Bəs onda neyləyək? Günah kimdədir? İqtisadiyyat Nazirliyində yoxsa ASAN xidmətdə?"

Mənbə: pravda.az