"Təlaşa səbəb yoxdur, yetərincə su ehtiyatlarımız var" - AÇIQLAMA

"Təlaşa səbəb yoxdur, yetərincə su ehtiyatlarımız var" -    AÇIQLAMA

"Bu gün Azərbaycanın şirin su ehtiyatı 33 milyard kubmetrdir. Bunun 13 milyardı istifadə olunur. Bundan daha çox aqrar məqsədlər, kənd təsərrüfatında texniki məqsədlər üçün istifadə olunur". Azvision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, "Azərsu" şirin su ehtiyatlarının 2 faizindən içməli su üçün istifadə edir.

"Təlaşa səbəb yoxdur. Yetərincə su ehtiyatlarımız var. Lokal problemlər olur. Bu, yay aylarında, xüsusilə pandemiya dövründə suya təlabatın artdığı dövrdə mümkündür".

Mənbə: azvision.az