Bu rayon da heyvandarlıq məhsullarının istehsal hesabatını açıqlayıb

Bu rayon da heyvandarlıq məhsullarının istehsal hesabatını açıqlayıb

Astara rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri heyvandarlıqdır. Ölkəmizdə aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb.

Astara Rayon Statistika İdarəsindən Fins.az-a verilən məlumata görə, bu ilin birinci yarısında rayonda 1989 ton ət, 13646,4 ton süd, 4518 min ədəd yumurta, 18 ton yun istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda ət istehsalı 44,5 ton (2,3 faiz), yumurta istehsalı 3000 ədəd (0,1 faiz), yun istehsalı 1 ton (5,9 faiz) artıb.

Qeyd edək ki, Astara rayonunda 40929 baş iribuynuzlu, 22389 baş xirdabuynuzlu mal-qara var.

Mənbə: www.iqtisadiyyat.az