Nazirlik media qurumuna 42 min manat ödəyəcək

Nazirlik media qurumuna 42 min manat ödəyəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Thomson Reuters (Professional) UK Limited” şirkəti ilə iri məbləğdə müqavilə imzalayıb.

 

İndex.az xəbər verir ki, nazirlik “İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi” ilə bağlı elan etdiyi tenderə yekun vurub.

 

Tenderin qalibi də “Thomson Reuters (Professional) UK Limited” şirkəti olub.

 

Dövlət Vergi Xidməti informasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi üçün bu şirkətə ABŞ dolları ilə 41 992 manat ekvivalentində vəsait ödəyəcək.

Mənbə: index.az