Növbəti 190 manatın verilməsi ilə bağlı Nazirlikdən AÇIQLAMA

Növbəti 190 manatın verilməsi ilə bağlı Nazirlikdən AÇIQLAMA

Pandemiya dövründə işsiz və işaxtaranlar üçün nəzərdə tutulmuş 190 manat məvacibin iyun ayı üçün olan ödənişinə başlanılıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov

Yeniavaz.com-a açıqlamasında deyib. O bildirib ki, bu həftənin sonunadək bütün işsiz və işaxtaranlara bu məvacibin tam ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ümumilikdə 16 şəhər və rayon üzrə 287 min nəfərə ödənişin həyata keçirilməsi planlaşdırılıb və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb.

Xatırladaq ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Mənbə: www.yeniavaz.com