Avstraliyalı qız universiteti buraxdı, saç üçün tuş satdı - yarım gündə varlandı

Avstraliyalı qız universiteti buraxdı, saç üçün tuş satdı - yarım gündə varlandı

Avstraliya sakini Mia Pleçiç internetdə öz istehsal etdiyi bir saç məhsulunu satışa çıxardıqdan sonra yarım gündə 10 min dollarla daha zəngin olub. Hər biri 23 dollara olan “Slick Stick” tuşu onu varlandırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” yayıb.

28 yaşlı Pleçiç 2013-cü ildə universitetdə oxumağı dayandırıb və özünü tamamilə biznesə həsr edib. Altı il ərzində sahibkar 20-dən çox fərqli startapın yaradılmasında iştirak edib.

Yanvar ayında saçları hamarlaşdıran tuş satmağa başlayıb. Bu tuşun unikallığı, digər oxşar məhsullardan fərqli olaraq, saçların üzərində bir yapışqan qat buraxmamasıdır.

Qızın məhsulları tez bir zamanda populyarlıq qazanıb, həftədə 1000 şüşə sataraq 23 min dollar əldə edib.

Bir dəfə Pleçiç “TikTok”da bir reklam videosu yayıb və sadəcə bu, onun işinə yarayıb. Nəşrin ardından avstraliyalı, əvvəllər demək olar ki, heç bir sifariş almadığı halda indi Avropadan və hətta Meksikadan müştərilər toplayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az