Bakı-İstanbul-Bakı reysləri hansı məqsəd üçündür? - İSTİRAHƏT, YOXSA...

Bakı-İstanbul-Bakı reysləri hansı məqsəd üçündür?  - İSTİRAHƏT, YOXSA...

Müxtəlif zəruri səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq məqsədilə iyundan başlayaraq, qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi xüsusi reysləri həyata keçirilir.

Bəs, bu reyslərdən istifadəyə hansı hallarda icazə verilir?

Redaktor.az-a açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında açıq şəkildə həyata keçirilir və istənilən şəxs bilət alıb Türkiyəyə gedə bilər:

“COVID-19 testindən keçən sərnişinlər, neqativ çıxdığı halda cavabı təqdim edərək, qaydalar əsasından Türkiyəyə səfər edə bilərlər”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova sual ünvanlasaq da, cavab ala bilmədik.

Qeyd edək ki, qərarda zəzuri səbəblərə görə reyslərin nəzərdə tutulduğu bildirilsə də, xalq artisti Mir Yusif və bir neçə tanınmış şəxs həmin reyslərdən Türkiyəyə istirahət məqsədi üçün istifadə edib.

Mir Yusif ailəsi ilə birlikdə istirahət görüntülərini öz İnstaqram hesabında paylaşıb.

Mahir Ələkbərov / Redaktor.az

Mənbə: redaktor.az