Daha bir ABŞ şirkəti müflisləşdi

Pandemiya ilə əlaqədar olaraq ABŞ-da şirkətlər ard-arda iflas müraciətini edirlər.

İnsider.az xəbər verir ki, 1990-cı ildə qurulan, Şimal Amerikada 200-dən çox mağazası olan hazır geyim markası "Lucky Brand", iflas üçün məhkəməyə müraciət edib.

Şirkətin 182 milyon dollarlıq maliyyə borcu ilə bərabər 79 milyon dollar da satıcılara borcu var.

Markanın satılması üçün də danışıqlar başlayıb.

Insider.az

ƏVVƏLKİ XƏBƏR

Daxili Qoşunlar hərbiçisi yaşlı vətəndaşa kömək etdi - VİDEO

SONRAKI XƏBƏR

Bərdədə traktor kanala aşıb, sürücüsü ölüb