ADA və CEFAM universitetləri ikili diplom proqramına dair akademik tərəfdaşlıq razılaşması imzalayıblar

ADA və CEFAM universitetləri ikili diplom proqramına dair akademik tərəfdaşlıq razılaşması imzalayıblar

Bakı, 8 iyul, AZƏRTAC

ADA Universiteti və Fransanın nüfuzlu CEFAM (“Centre d’Etudes Franco-Américain de Management”) Universiteti bu yaxınlarda ikili diplom proqramına dair akademik tərəfdaşlıq razılaşması imzalayıblar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu yeni tərəfdaşlıq razılaşmasına əsasən ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasında təhsil alan tələbələri bu ixtisasın Maliyyə və Marketinq ixtisaslaşmaları üzrə CEFAM Universitetində təhsil ala biləcəklər.

Ətraflı məlumat əldə etmək üçün ada.edu.az veb-səhifəsinə daxil olmağa, [email protected] elektron poçtu ünvanına yazmaqla və ya (+99450) 274 95 52 nömrəsinə zəng etməklə Qəbul şöbəsi ilə əlaqə saxlamaq olar.

Mənbə: azertag.az