İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

İran Çinlə 25 illik strateji müqavilə çərçivəsində Fars Körfəzində yerləşən KİŞ adasının Çinə verilməsi iddiasını təkzib edib.

İnterAz SalamNew-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi eləcə də ölkənin Azad Ticarət Zonaları İdarəsi açıqlama verib.

İran XİN-in mətbuat xidməti Çinlə əməkdaşlıq zəminində imzalanması nəzərdə tutulan müqavilədə İranın cənub sahillərindən hər hansı birinin və ya Kiş adasının qarşı tərəfə verilməsi iddiasının yalan və əsassız olduğunu bəyan edib.

Eləcə də İranın Azad Ticarət Zonaları İdarəsinin Ali Şurası Kiş adasının Çinə həvalə edilməsi iddiasının əsasssız olduğunu deyib.

Qeyd edək ki, İranın xaricdə olan müxalifəti son günlərdə ölkə adalarının Çinə həvalə edilməsi iddialarını səsləndirməyə başlayıblar.

Mənbə: www.interaztv.com