Regionlara çıxış qadağandır: Bəs hotellər necə qonaq qəbul edir? – AÇIQLAMA

Regionlara çıxış qadağandır: Bəs hotellər necə qonaq qəbul edir? – AÇIQLAMA

Məlumdur ki, ölkədə koronavirusun yayılma riskinin qarşısının alınması məqsədilı bəzi bölgələrdə sərt karantin rejimi davam etdirilir.

Bunun nəticəsi olaraq, əhalinin sıx toplaşdığı bütün istirahət mərkəzləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Lakin hotellərdə əyləncələr dayandırılsa da, qonaq qəbul edilir.

Maraqlıdır, əgər regionlara çıxış qadağandırsa, hotellər necə qonaq qəbul edir?

Bu barədə Cebhe.info-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, burada bəzi şərtlər var:

"Bütün regionlar bağlı deyil və bağlı olmayan regionlararası əlaqələr var. İkincisi, ezamiyyətə gedən insanlar var ki, onlar orada, hotellərdə qalırlar. Bakı şəhərinə ezamiyyətə gələn, Bakıda işləyən xarici vətəndaşlar var ki, bəziləri hotellərdə qalır. Buna görə də hotellərin qonaq qəbul etmə sistemləri işləyə bilər, bu normaldır. Onların digər sistemləri - iaşə, əyləncə sistemləri işləmir. Qonaq qəbul etmə sistemi də elementardır. Yəni təlimatlar var ki, onlara əməl etməklə işlədə bilərlər".

Mənbə: cebhe.info