Sahib Məmmədov: “Əmək bazarını qeyri-formal çalışanlar tərk edir”

Sahib Məmmədov: “Əmək bazarını qeyri-formal çalışanlar tərk edir”

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (İİƏT) üzv ölkələrdə işsizliyin artması barədə hesabat yayıb.

Cebhe. info-nun xəbərinə görə, Vətəndaşların Əmək Hüquqlarını Müdaifiə Liqasının rəhbəri Sahib Məmmədov bu barədə rəy yazıb:

“Dünyanın 37 ölkəsi bu təşkilatın üzvüdür. Dünya əhalisinin 17,7 %-i, dünya üzrə ÜDM-in 60%-i bu ölkələrə aiddir. İİƏT ölkələrində pandemiyanın təsirinə görə işsizlik göstərilciləri sürətlə armaqdadır. May ayı üçün üzv ölkələrdə işsizlərin sayı 55 milyon nəfərə yaxın olub və bu rəqəm sürətlə artır.

Azərbaycan bu təşkilatın üzvü deyil (keçmiş SSRİ respublikalarından yalnız Baltikyanı ölkələr daxildir). MDB ölkələrində,o cümlədən, Azərbaycanda işsizlik pandemiyadan əvvəl də yüksək idi və indi də işsizlik artmaqda davam edir. Rəsmi şəxslərin əmək müqavilələrinin sayının artmasına dair dedikləri düzdür. Amma nəzərə almaq lazımdır ki, ölkənin əmək qabiliyyətli əhalisinin 24 %-dən bir qədər çoxu əmək müqaviləsi ilə (muzdlu) işləyənlərdir. Bu baxımdan əmək bazarını əsasən qeyri-formal sektorda və kölgə iqtisadiyyatında çalışanlar tərk edir”.

Xatirə
Cebhe. info

Mənbə: cebhe.info