İqtisadiyyat Nazirliyi istehlakçılara SMS bildirişlər göndərməyə başlayıb

İqtisadiyyat Nazirliyi istehlakçılara SMS bildirişlər göndərməyə başlayıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdəndir.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu tələblərə riayət olunmasının vacibliyinin bir daha istehlakçıların diqqətinə çatdırılması məqsədilə Nazirlik tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb.
Belə ki, iyulun 5-dən etibarən “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.

Mənbə: www.dia.az