Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün iyulun 13-də “COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər” mövzusunda onlayn elmi seminar keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasının Marağa Universitetinin professoru Aziz Eftekharinin məruzəçi olduğu onlayn seminar “Microsoft Teams” platforması üzərindən təşkil ediləcək. Seminarda iştirak üçün [email protected] ünvanına iyulun 12-si saat 17:00-dək müraciət etmək olar.
AZERTAG.AZ :BDU-da onlayn elmi seminar: COVID-19 üçün nanoterapevtik strategiyalar və perspektivlər
Mənbə: azertag.az