Nigeriyada hava limanları yenidən fəaliyyətə başlayı

Nigeriyada hava limanları yenidən fəaliyyətə başlayı

Nigeriyada koronavirus tədbirləri nəticəsində kommersiya uçuşlarına bağlanmış hava limanları yenidən fəaliyyətə başlayıb.

Cebhe.info xəbər verir ki, paytaxt Abuja ilə ölkənin ticarət mərkəzlərindən olan Laqos əyaləti arasında həyata keçirilən daxili uçuşlara tələbatın az olduğu bildirilir.

Bilet qiymətləri isə pandemiyadan əvvəlki dönəmlə müqayisədə 25 faiz bahalaşıb. 36 əyalətin olduğu ölkədə Kano, Port Harcourt, Rivers, İmo və Borno əyalətlərinə daxili reyslər 11 iyulda, digər əyalətlərdə isə 15 iyulda başlayacaq.

Nigeriya hökuməti beynəlxalq uçuşların həyata keçirilməsi ilə bağlı isə hələlik heç bir məlumat verməyib.

Mənbə: cebhe.info